Ucnoqta.az
www.ucnoqta.az

Bakıda 92 yaşlı qadın 8-ci mərtəbədən yıxılaraq ölüb

23:54 - 27 Aprel 2018 tarixində dərc olunub.
Bakıda 92 yaşlı qadın 8-ci mərtəbədən yıxılaraq ölüb. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə Yasamal rayonunda baş verib. Yeni Yasamal yaşayış massivində 1926-cı il təvəllüdlü Bağırova Nərgiz Mustafa qızı yaşadığı 16 mərtəbəli binanın 8-ci mərtəbəsindən yerə yıxılıb. O, ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, qadın ölüb. Faktla bağlı araşdırma aparılır.
Müəllif: