Ucnoqta.az
www.ucnoqta.az

“Ən yaxşı mühəndis-istehkam manqası” adı uğrunda yarış keçirilib

11:56 - 27 Aprel 2018 tarixində dərc olunub.

2018-ci il üçün döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunun hərbi birliklərindən birində “Ən yaxşı mühəndis-istehkam manqası” adı uğrunda yarış keçirilib.

Ucnoqta.az xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, mürəkkəb əməliyyat şəraitində hərbi əməliyyatın mühəndis təminatının yerinə yetirilməsi məqsədilə təşkil olunan yarış xüsusi təchiz edilmiş təlim poliqonunda keçirilib. Yarış zamanı şəxsi heyət mühəndis təminatı üzrə tapşırıqları icra edib.

Yekun nəticələrə görə qaliblər müəyyən edilib və mükafatlandırılıb.

Müəllif: