Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycana qanunsuz gətirilən 23 ədəd mobil telefon aşkar edilib 

10:25 - 27 Aprel 2018 tarixində dərc olunub.
Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Mersedes-Benz C 230" markali nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Ucnoqta.az xəbər verir ki, DGK-dan verilən məlumata görə, yoxlama zamanı avtomobilin gizli saxlanc yerlərindən gömrük orqanına bəyan edilməyən 23 ədəd mobil telefon aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
Müəllif: