Ucnoqta.az
www.ucnoqta.az

UEFA "Bavariya"nı cəzalandırır

16:18 - 26 Aprel 2018 tarixində dərc olunub.
UEFA İntizam Komitəsi Çempionlar Liqasının yarımfinalında keçirilən "Bavariya" - "Real" oyunu ilə bağlı intizam işi açıb. Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, buna səbəb meydan sahibi komandanın azarkeşlərinin matçdan sonra meydana çıxması və tribunada qadağan edilmiş pankart açmasıdır.
 
Məsələ ilə bağlı qərar mayın 31-i açıqlanacaq.
Müəllif: