Ucnoqta.az
www.ucnoqta.az

Yeni nazir köhnə kollektivlə vidalaşdı

11:52 - 25 Aprel 2018 tarixində dərc olunub.
Prezident İlham Əliyevin sərəncamına əsasən, dünən Ekologiya və Təbii Sərvətlər naziri  təyin edilən Muxtar Babayev 8 il rəhbərlik etdiyi “Azərikimya” İstehsal Birliyinin kollektivi ilə vidalaşıb.  Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, birliyin binasında keçirilən görüşdə nazir çıxış edib. M. Babayev ötən 8 il ərazində rəhbərlik etdiyi kollektivin uğurlu fəaliyyətindən danışıb, “Azərikimya”nın çoxminlik əməkdaşlarının fəaliyyətini yüksək qiymətləndirdiyini qeyd edib.  Nazir keçmiş kollektivinə uğurlar arzulayıb.
Müəllif: