Mədəniyyət naziri Əbülfəs Qarayev Salyan şəhərində vətəndaşları qəbul edəcək.
Ucnoqta.az xəbər verir ki, Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, qəbul aprelin 30-da saat 11ºº-da Heydər Əliyev Mərkəzində (Təbriz Xəlilbəyli küçəsi, 136) keçiriləcək.
Qəbulda Biləsuvar, Neftçala, Salyan və Cəbrayıl rayonlarından olan vətəndaşlar iştirak edə bilərlər.
Vətəndaşların nazirliyin [email protected] elektron poçt ünvanı, e-services.mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə qəbula yazılması mümkündür.
Qəbula gəlmək istəyən vətəndaşlar həmçinin həmin rayonların mədəniyyət şöbələri ilə əlaqə saxlaya bilərlər.