Ucnoqta.az
www.ucnoqta.az

Belçika kralı Azərbaycan prezidentini təbrik edib

15:58 - 23 Aprel 2018 tarixində dərc olunub.

Belçikalıların kralı Filip İlham Əliyevi Azərbaycan prezidenti seçilməsi münasibəti ilə təbrik edib.

Təbrikdə deyilir:

“Zati-aliləri. Sizi Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə təbrik edir, ali dövləti vəzifənizdə uğurlar diləyirəm. Ölkələrimizi birləşdirən dostluq əlaqələrinin möhkəmləndirilməsi, Azərbaycanın rifahı və bütün soydaşlarınızın xoşbəxtliyi üçün ən xoş arzularımı çatdırıram”.

Müəllif: