Ucnoqta.az
www.ucnoqta.az

<font color=red><b>"Mənə elə kişi lazımdır ki..."</b></font> - Dilarə

14:29 - 23 Aprel 2018 tarixində dərc olunub.

Ötən il türkiyəli həyat yoldaşı Mərd Aslandan ayrılan “Eurovision 2014” təmsilçimiz Dilarə Kazımova ikinci dəfə ailə qurmağa pis baxmır.

Ucnoqta.az Axşam.az-a istinadən xəbər verir ki, “ATV Maqazin 10-larla”ya danışan müğənni yenidən sevəcəyini deyib:

"Çox xoşbəxtəm. 2017-ci ildə boşanmışam. Şəxsi həyatımda fasilə verməyim normaldır. Çünki özümü toplamalıyam. Bahar gəlir. Niyə də yenidən sevməyim? Mənə elə kişi lazımdır ki, sənətimi dəstəkləyib yanımda olsun, işimi sevsin".

Müəllif: