Göygöl rayonu ərazisində xəsarət ilə nəticələnən avtomobil qəzası baş verib.
Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, "Mercedes" markalı kiçik həcmli yük avtomobili ilə "VAZ"ın toqquşması nəticəsində ikinci maşında olan 1977-ci il təvəllüdlü sərnişin Əziz İsgəndərov xəsarət alıb.
Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.