Ucnoqta.az
www.ucnoqta.az

Xəzərdə naməlum kişi meyiti tapılıb

13:08 - 18 Aprel 2018 tarixində dərc olunub.

Xəzərdə naməlum kişi meyiti tapılıb

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda Dənizkənarı Milli Park ərazisində dənizdə naməlum kişi meyiti aşkar edilib.
Ucnoqta.az FHN-ə istinadən xəbər verir ki, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb. ​

Müəllif: