Ucnoqta.az
www.ucnoqta.az

Sarkisyana etiraz, bütün mərkəzi küçələr bağlandı

10:55 - 16 Aprel 2018 tarixində dərc olunub.

Ermənistanda eks-prezident Serj Sarkisyanın baş nazir postuna gətirilməsinə etiraz olaraq aksiyalar bu gün də davam edir. “Qafqazinfo” Ermənistan KİV-nə istinadən xəbər verir ki, paytaxt sakinləri bir neçə mərkəzi küçəni bağlayıblar.

“Vətəndaş razılaşması” partiyasının lideri, müxalif parlament fraksiyası olan “Elk”ın deputatı Nikol Paşinyan İrəvan sakinlərini təkcə paytaxtın mərkəzi deyil, digər rayonlarındakı küçələrini də bağlamağa səsləyib.

Polis əməkdaşları küçənin hərəkətli hissəsini boşaltmağı tələb etsə də, hələ ki aktiv hərəkətə keçməyib. 

Müəllif: