Ucnoqta.az
www.ucnoqta.az

Məzahir Pənahov: <font color=red><b>"Seçkilər qanunun tələblərinə uyğun keçirilib"</b></font>

12:04 - 15 Aprel 2018 tarixində dərc olunub.
“Prezident seçkilərində iştirak edən namizədlər mənə zəng edərək seçkilərin təşkilindən razılıqlarını bildiriblər”. Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib. M.Pənahov bildirib ki, bu seçkilər Azərbaycanın həyatında ən uğurlu səhifələrdən biridir: "Seçkilər qanunun tələblərinə uyğun keçirilib". MSK sədri bildirib ki, seçkilər həm Azərbaycan seçicilərinin, həm də beynəlxalq təşkilatların böyük marağına səbəb olub. Onun sözlərinə görə, yerli və beynəlxalq müşahidəçilər seçkilərin hazırlanıb keçirilməsini yüksək qiymətləndirib: “Hətta deyə bilərəm ki, Azərbaycanda keçirilən seçkilər dünyada nümunə ola bilər”.trend
Müəllif: