“Pajero”nun istehsalı dayandırılır – <font color=red><b>SƏBƏB?</b></font>
10:16 - 15 Aprel 2018 tarixində dərc olunub.
Yapon brendi “Mitsubishi” “Mitsubishi Pajero” avtomobilinin istehsalını dayandıracaq.
Ucnoqta.az Trend-ə istinadən xəbər verir ki, bu avtomobil brendin inkişaf konsepsiyasına uyğun olmadığından istehsaldan çıxarılacaq.
İş orasındadır ki, “Mitsubishi” atmosferə ixrac edilən tullantıların miqdarının azaldılmasını dəstəkləyir, həmçinin brendi maşının yanacaq sərfiyyatı da narahat edir. “Pajero” isə bu konsepsiyaya uyğun gəlmir.
Avtomobilin son 1000 ədədi “Final Edition” adı ilə buraxacaq.