Ucnoqta.az
www.ucnoqta.az

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi: <font color=red><b>"Suriya rejimi səbrimizi sınamağa davam edərsə, ..."</b></font>

21:48 - 14 Aprel 2018 tarixində dərc olunub.
ABŞ Silahlı Qüvvələri Suriyaya yeni zərbələr endirməyə hazırdır. APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli bildirib.     “Biz əminik ki, Suriyanın kimyəvi silah istehsalı proqramına ciddi ziyan vurulub. Suriya rejimi səbrimizi sınamağa davam edərsə, biz təzyiqi davam etdirəcəyik”, - deyə Heyli qeyd edib.   ABŞ-ın BMT-dəki daimi nümayəndəsi əlavə edib ki, ABŞ ordusu Suriyada təkrarlana biləcək kimyəvi silahdan istifadə hallarına dərhal cavab verməyə hazırdır.
Müəllif: