Ucnoqta.az
www.ucnoqta.az

NATO Suriyaya raket zərbələrini dəstəkləyib

10:56 - 14 Aprel 2018 tarixində dərc olunub.
Şimali Atlantika Alyansı Suriyaya raket zərbələrini dəstəkləyib. Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə NATO baş katibi Yens Stoltenberq bəyan edib: “Mən Birləşmiş Ştatlar, Böyük Britaniya və Fransanın Suriya rejiminə aid kimyəvi silah obyektlərinə dair atdıqları addımları dəstəkləyirəm. Bu, rejimin gələcəkdə Suriya əhalisinə kimyəvi hücum imkanlarını məhdudlaşdıracaq”.  Xatırladaq ki, aprelin 14-ü gecə ABŞ, Böyük Britaniya və Fransa Suriyaya raket hücumu endiriblər. 
Müəllif: