Ucnoqta.az
www.ucnoqta.az

İqtisadiyyat Nazirliyinin əməkdaşları qan verib

00:29 - 14 Aprel 2018 tarixində dərc olunub.
İqtisadiyyat Nazirliyi Bakı Biznes Mərkəzində talassemiya və digər irsi qan xəstəliklərindən əziyyət çəkən uşaqlara yardım məqsədilə qanvermə aksiyası keçirib. Nazirlikdən Ucnoqta.az-a verilən məlumata görə, Azərbaycan Talassemiya Federasiyasının xeyirxahlıq missiyasına uyğun olaraq, İqtisadiyyat Nazirliyi “Donor günü” aksiyası keçirib və Nazirliyin əməkdaşları qan veriblər. Qeyd edək ki, artıq ölkəmizdə ənənəyə çevrilmiş qanvermə aksiyasında İqtisadiyyat Nazirliyinin əməkdaşları hər il iştirak edirlər.
Müəllif: