Ucnoqta.az
www.ucnoqta.az

Baş allerqoloq: <font color=red><b>"Əhalinin 5-8 faizində bronxial astma müşahidə olunur"</b></font>

11:37 - 13 Aprel 2018 tarixində dərc olunub.

"Bronxial astma - ağciyər tənəffüs yollarının iltihabı-allergik xəstəliyi Azərbaycanda geniş yayılıb. Azərbaycan əhalisinin 5-8 faizində bronxial astma xəstəliyi müşahidə olunur".

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş allerqoloqu Cəbrayıl Məmmədov deyib.
Baş allerqoloq bildirib ki, rütubət olan regionlarda bronxial astma daha çox yayılır: "Çünki rütubət olan evlərdə xəstəliyi törədən ev gənələrinin çoxalması genişlənir".
Onun sözlərinə görə, mart ayından may ayının sonuna kimi bəzi insanlarda allergik xəstəliklər daha çox əmələ gəlir: "Bu, yazda ağacların çiçəklənməsi ilə bağlıdır. Əksər insanlar bunu qripə bənzədirlər. Buna görə də düzgün müalicə vacibdir".

Müəllif: