Ucnoqta.az
www.ucnoqta.az

"Xudafərin" MMC-nin vəzifəli şəxslərinin məhkəməsi başlayıb

11:23 - 13 Aprel 2018 tarixində dərc olunub.

 Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən "Xudafərin" MMC-nin vəzifəli şəxsləri - Ramiz Quluzadə, Nicat Məmmədov, Cavid Qurbanov və Emin Gülin cinayət işi üzrə məhkəmə başlayıb.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Müttəhimlərin vəkilləri cinayət işi ilə tanış olmaq üçün məhkəmədən vaxt istəyib.
Məhkəmənin hazırlıq iclası aprelin 27-nə təyin olunub.

Qeyd edək ki, "Xudafərin" MMC-nin vəzifəli şəxsləri - Ramiz Quluzadə, Nicat Məmmədov, Cavid Qurbanov və Emin Gülə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunur.
Onların barəsində həbs qətimkan tədbiri seçilməyib.
Xatırladaq ki, "Xudafərin" MMC "AMAY Abdulla" kimi tanınan iş adamı Abdulla Abdullayevə məxsusdur.

Müəllif: