Ucnoqta.az
www.ucnoqta.az

Mingəçevirdə 6 yaşlı uşağı maşın vurub

15:49 - 12 Aprel 2018 tarixində dərc olunub.

Mingəçevir şəhərində 6 yaşlı uşağı maşın vurub. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə Heydə Əliyev prospektində baş verib.

Mingəçevir şəhər sakini, 2012-ci il təvəllüdlü Elcan Gəray oğlu Rüstəmovu yolu keçmək istəyərkən avtomobil vuraraq xəsarət yetirib. Yaralı uşaq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb. 

Müəllif: