Polşalı müşahidəçi: <font color=red><b>“Azərbaycanda Avropa ölkələrinə oxşar seçki keçirilir”</b></font>
18:56 - 11 Aprel 2018 tarixində dərc olunub.
“Azərbaycanda Avropa ölkələrinə oxşar seçki prosesi müşahidə etdik. Deyə bilmərik ki, burada qanun pozuntuları olub. Prosesin tacqoyma mərasimi – səsvermə kifayət qədər aydın keçdi”.
Ucnoqta.az xəbər verir verir ki, bunu APA-ya açıqlamasında prezident seçkiləri ilə bağlı keçirilən səsvermə prosesini izləyən polşalı müşahidəçi Kosma Tadeuş Zlotovski deyib. O qeyd edib ki, bəzi seçki məntəqələrində uzun sıralar olmasına baxmayaraq, bəzilərində çox az seçici müşahidə olunub.