Agent atası ilə birgə zəhərlənən Yuliya Skripalın saxlanıldığı yer məlum olub.
Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə “The Sun” nəşri gizli mənbəsinə istinadən məlumat yayıb. Bildirilir ki, aprelin 9-u Solsberi hospitalından evə buraxılan Yuliya hazırda hərbi bazalardan birinin xəstəxanasına yerləşdirilib. Mənbənin sözlərinə görə, bu addım Skripalın təhlükəsizliyinin qoruması və səhhətini nəzarətdə saxlamaq üçün atılıb.
Nəşrin məlumatında o da qeyd edilir ki, həkimlər zəhərlənmənin hər an yenidən fəsad törədə biləcəyini deyiblər.
Xatırladaq ki, dünən Yuliya Skripalın evə buraxıldığı barədə məlumatlar yazılsa da, onun aparıldığı yer gizli saxlanırdı.