"Azərbaycanda prezident seçkiləri şəffaf keçirilir. Ən əsası isə gənclərin seçkidə iştirak etməsi üçün hər bir şərait yaradılıb".
Ucnoqta.az xəbər verir ki, bunu Trend-ə Bolqarıstan parlamentinin deputatı, beynəlxalq müşahidəçi Hamid Hamid deyib.
"Azərbaycada bundan əvvəl 3 dəfə seçkilərdə iştirak etmişəm. Bütün seçkilər ən yüksək şəraitdə keçirlib".
H.Hamid qeyd edib ki, bu gün 7 seçki məntəqəsində olub.
Onun sözlərinə görə, heç bir qanun pozuntusuna rast gəlinməyib.
Beynəlxalq müşahidəçi Azərbaycanda keçirilən seçkilərin ən yüksək səviyyədə davam edəcəyinə əminliyini də vurğulayıb.