Ucnoqta.az
www.ucnoqta.az

İlham Əliyev Kosta-Rika prezidentini təbrik edib

16:17 - 10 Aprel 2018 tarixində dərc olunub.

Azərbaycan prezidenti İlham Əliyev yeni seçilmiş Kosta-Rika prezidenti Karlos Alvarado Kesadaya təbrik məktubu göndərib.

Ucnoqta.az xəbər verir ki, məktubda deyilir:

"Kosta-Rika Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi təbrik edirəm. Ümidvaram ki, Azərbaycan ilə Kosta-Rika arasındakı münasibətlər dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qarşıdakı məsul işinizdə uğurlar diləyirəm".

Müəllif: