Ucnoqta.az
www.ucnoqta.az

Dələduzluqda təqsirləndirilən qadın məhkəmə zalında həbs edilib

17:54 - 10 Aprel 2018 tarixində dərc olunub.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Səyyarə Nəcəfovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, S. Nəcəfova 2 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub.

Qeyd edək ki, S. Nəcəfova qızıl ticarəti ilə məşğul olub. O, zərərçəkmiş şəxslərə qarşı 30 min manat məbləğində dələduzluqda təqsirləndirilir.

Müəllif: