Göygöldə ev yanıb.
Ucnoqta.az FHN-ə istinadən xəbər verir ki, rayonun Çaykənd kəndində ümumi sahəsi 200 kv.m olan ikimərtəbəli, 6 otaq və aynabənddən ibarət evin 4 otağının, aynabəndinin yanar konstruksiyaları 150 kv.m sahədə və dam örtüyü yanıb.
Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.