ATƏT PA-nın seçki müşahidə missiyası Azərbaycana gəlib. Bu barədə APA-ya ATƏT PA-dan məlumat verilib. Bildirilir ki, missiyanın üzvləri iki gün ərzində müşahidə oncəsi görüşlər keçirəcəklər.
ATƏT PA müşahidə missiyasına isveçrəli parlamentar Kiener Nellen rəhbərlik edir. Missiyaya 20-dən çox ölkədən 40 parlamentar daxildir.