Ucnoqta.az
www.ucnoqta.az

DİN: Cinayətdə şübhəli bilinən 32 nəfər saxlanılıb

10:57 - 7 Aprel 2018 tarixində dərc olunub.
Aprel ayının 6-dən 7-dək respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 101 cinayət faktı qeydə alınıb, onların da 21-i “isti izlər”lə açılıb.   Ucnoqta.az xəbər verir ki, DİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 13 cinayətin açılması təmin olunub.   Axtarışda olduğuna görə ümumilikdə 26 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 3 nəfər, borclu şəxs qismində axtarışda olan 16 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.   Respublikanın avtomobil yollarında iki yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 6 nəfər xəsarət alıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.   Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb.
Müəllif: