Ucnoqta.az
www.ucnoqta.az

Bakıda 4 otaqlı evdə yanğın olub

00:51 - 7 Aprel 2018 tarixində dərc olunub.
Bakının Xəzər rayonunda ümumi sahəsi 110 kv.m olan evdə yanğın olub. Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, birmərtəbəli 4 otaqlı evin 1 otağının və mətbəxinin yanar konstruksiyaları 40 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
Müəllif: