Ucnoqta.az
www.ucnoqta.az

Prezident Apellyasiya Şuraları haqqında Nümunəvi əsasnamələrə dəyişiklik edib

11:32 - 6 Aprel 2018 tarixində dərc olunub.

 Prezident İlham Əliyev “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” fərmanda dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, sənədlə “Mərkəzi icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə”si və “Yerli icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə” yeni redaksiyada veriləcək.

Müəllif: