Azərbaycanın ikinci peykinin buraxılacağı tarix açıqlanıb
09:28 - 6 Aprel 2018 tarixində dərc olunub.
Azərbaycanın ikinci geostasionar peyki "Azerspace-2/Intelsat 38"in buraxılışı mayın 25-ə planlaşdırılıb.
Ucnoqta.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycanın peykinin buraxılışı ilə məşğul olan Fransaın "Arianespace" şirkəti bildirib.
Peyk Cənubi Amerikanın şimal-şərqində yerləşən Kuru (Qvian Kosmik Mərkəzi) kosmodromundan "Ariane 5 ECA" raket daşıyıcısının köməyi ilə orbitə buraxılacaq.
Bildirilir ki, "Ariane 5 ECA" raket daşıyıcısı Azərbaycanın peykindən başqa, eyni vaxtda orbitə Hindistanın "GSAT-11" rabitə peykini də çıxaracaq.
Qeyd edək ki, Azərbaycanın "Azerspace-2/Intelsat 38" peykinin xidmət zonasına Avropa, Mərkəzi və Cənubi Asiya, Yaxın Şərq və Afrika ölkələri daxil olacaq.