Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycan ilə İran arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

12:47 - 5 Aprel 2018 tarixində dərc olunub.

Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev Moskva şəhərində keçirilən VII Beynəlxalq Təhlükəsizlik Konfransı çərçivəsində İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri general-mayor Əmir Hatəminin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Ucnoqta.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, görüşdə ikitərəfli hərbi əməkdaşlıq və regional təhlükəsizlik məsələləri müzakirə edilib.

Müəllif: