Azərbaycanda aprelin 11-də keçirilməsi nəzərdə tutulan Prezident seçkilərində təcili yardım gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev keçirdiyi mətbuat konfransında deyib ki, təcili yardımın bütün işçiləri iş başında olacaq:
"Hər bir çağırışa çevik cavab verəcəyik".