Ucnoqta.az
www.ucnoqta.az

Salyanda avtomobil iki qadını vurub: <font color=red><b>qadınlardan biri xəstəxanada ölüb</b></font>

11:05 - 5 Aprel 2018 tarixində dərc olunub.

Salyanda qida məhsulları fabrikində çalışan iki qadın avtomobillə vurulub.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, bu gün səhər saatlarında rayonun Arbatan kəndində kənd sakini, 1981-ci il təvəllüdlü Fərəcov  Fərzalı Aslan oğlunun idarə etdiyi “Niva” markalı avtomobillə yolu keçən piyadalar - Salyan sakinləri, 50 yaşlı Səriyyə Nazim qızı Əhədova və Kəmalə Aslan qızı Əsgərovanı vurub.

Xəsarət alan qadınlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Kəllə-beyin travması alan K. Əsgərova travmatologiya şöbəsinə, digər qadını kəllə-beyin travması ilə reanimasiya şöbəsinə yerləşdirilib. Lakin sonuncunun həyatını xilas etmək mümkün olmayıb, o, aldığı ağır xəsarətdən xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır. 

Müəllif: