Ucnoqta.az
www.ucnoqta.az

Prezident seçkilərini izləmək üçün 871 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib

11:03 - 5 Aprel 2018 tarixində dərc olunub.

Prezident seçkilərini izləmək üçün qeydiyyatdan keçən müşahidəçilərin sayı açıqlanıb

Azərbaycanda aprelin 11-də keçiriləcək prezident seçkilərini izləmək üçün Mərkəzi Seçki Komissiyasında (MSK) 871 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib. Ucnoqta.az xəbər verir ki, bu barədə “Report”a MSK-nın media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli məlumat verib.

O bildirib ki, bunlar 58 beynəlxalq təşkilat olmaqla, 59 ölkəni təmsil edirlər.

Şöbəsinin müdiri deyib ki, ölkə üzrə ümumilikdə 57 min 534 müşahidəçi qeydiyyatdan keçib. 

Müəllif: