Ucnoqta.az
www.ucnoqta.az

Konsul arvadı Bakıda qəzaya düşüb

10:50 - 5 Aprel 2018 tarixində dərc olunub.

İki “Hyundai” toqquşub

Bakıda Cənubi Koreya vətəndaşı qəzaya düşüb. Ucnoqta.az “Report”a iostinadən xəbər verir ki, paytaxtın Binəqədi rayonu, Azadlıq prospektində Şahin Əliyevin idarə etdiyi “Hyundai” markalı avtomobil Cənubi Koreya vətəndaşı Lee Eun Heeyin idarə etdiyi “Hyundai-Tucson” markalı avtomobillə toqquşub.

Qəza zamanı xəsarət alan olmayıb.

Qeyd edək ki, qəzaya düşən xarici vətəndaş Cənubi Koreyanın Azərbaycandakı konsulunun həyat yoldaşıdır.

Müəllif: