Ucnoqta.az
www.ucnoqta.az

Aktau şəhərində 31 mart – azərbaycanlıların soyqırımının 100 illiyinə həsr olunmuş tədbir keçirilib

21:37 - 4 Aprel 2018 tarixində dərc olunub.

Azərbaycanın Aktau şəhərindəki Baş konsulluğu və Manqistau vilayətində fəaliyyət göstərən azərbaycanlıların “Dostluq milli-mədəni cəmiyyəti 31 mart – azərbaycanlıların soyqırımının  100 illiyinə həsr olunmuş tədbir keçirib.

Baş konsulluğun mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, Aktau şəhərinin Qrand Victori otelində təşkil olunmuş mərasimdə Türkiyə Respublikasının Aktau şəhərindəki Baş konsulu Korhan Küngeri və konsulluğun əməkdaşları, “Azərbaycanın Qazaxıstanda biznes investisiyası Assosiasiyası”nın (ABİA) üzvlər,  “Dostluq” milli-mədəni cəmiyyətinin üzvləri, Aktau şəhərində təhsil alan tələbələr iştirak eiblər.
Tədbir keçirilən zalda 31 mart – azərbaycanlıların soyqırımına həsr olunmuş foto sərgisi təşkil olunub. Tədbirin əvvəlində qonaqlar nümayiş etdirilən şəkillər ilə tanış oldular. 
Tədbirin rəsmi hissəsi soyqırım qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlaıb. 
Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş konsulluğunun rəhbəri Elxan Zeynalov tədbiri açaraq, XX əsrin əvvəllərində ermənilər tərəfindən azərbaycanlılara qarşı aparılmış soyqırım hadisələri ilə bağlı məlumat vermiş və Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra törədilmiş bu cinayətlərin uzun illər boyu gizli saxlanılması siyasəti yeridildiyindən danışıb. E.Zeynalov bu qanlı hadisələrə yalnız 26 mart 1998-ci ildə Azərbaycan Respublikasının Prezidenti, Ümummilli Lider Heydər Əliyev tərəfindən verilmiş fərmanla siyasi-hüquqi qiymət verildiyini vurğulayaraq, hal-hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın dövləti soyqırım hadisələrinin bütün dünyada tanıdılması istiqamətində işlər aparıldığını bildirmişdir. E.Zeynalov, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 31 mart – azərbaycanlıların soyqırımının  100 illiyinin geniş şəkildə qeyd edildiyini, 1905-1907-ci və 1918-ci illərdə erməni daşnakları tərəfindən Bakı, Şamaxı, Quba, Göyçə Zəngəzur və Azərbaycanın digər bölgələrində azərbaycanlılara qarşı törədilmiş qırğınlarla bağlı arxivlərdə olan materialların araşdırıldırıldığı və həmin materialların tərcümə olunaraq beynəlxalq təşkilatlara və qurumlara göndərilməsi işinin aparıdığını qeyd edib. 
Daha sonra Türkiyə Respublikasının Aktau şəhərindəki Baş konsulu Korhan Küngeri ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş cinayətləri insanlığa qarşı törədilmiş cinayət olduğunu qeyd edərək,  Türkiyə dövlətinin və türk xalqının Azərbaycanın daima yanında olduğunu bildirib. 
Tədbirdə 31 mart Azərbaycanlıların soyqırımı günü ilə bağlı sənədli film nümayiş etdirilib.

 

Müəllif: