Ucnoqta.az
www.ucnoqta.az

Moskvada yenə ticarət mərkəzində <font color=red><b>YANĞIN -Video</b></font>

14:31 - 4 Aprel 2018 tarixində dərc olunub.

Yaralılar olması ehtimal edilir
 

Moskvada ticarət mərkəzlərinin birində yanğın hadisəsi baş verib. Trend-in məlumatına görə, yanğın "Persey dlya detey" ticarət mərkəzində qeydə alınıb.

Fövqəladə xidmətdən verilən məlumata görə, alov ticarət mərkəzinin 4-cü mərtəbəsində yerləşən anbarda başlayıb.

Hazırda ticarət mərkəzində olan bütün heyət təxliyə edilir.

Xəsarət alanların olduğu ehtimal edilir.

Müəllif: