Ucnoqta.az
www.ucnoqta.az

Mənzildə köməksiz qalmış azyaşlılar xilas edilib

23:47 - 3 Aprel 2018 tarixində dərc olunub.
FHN Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda 2 nəfər mənzildə azyaşlı köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıb və azyaşlıları aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.​
Müəllif: