Ucnoqta.az
www.ucnoqta.az

Pirallahıda inşa edilən dərman zavodunda işlər 3 ay ləngiyib

15:26 - 3 Aprel 2018 tarixində dərc olunub.

 Bakının Pirallahı qəsəbəsində inşa edilən dərman zavodunda işlər texniki problemlərə görə 3 ay ləngiyib. Ucnoqta.az xəbər verir ki, bu barədə "Report"a açıqlamasında İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Məhəmməd Rza Nəcəfi məlumat verib. 

Xatırladaq ki, Pirallahı Sənaye Parkında əczaçılıq müəssisəsinin tikintisi məqsədi ilə yaradılmış “Caspian Pharmed” birgə müəssisəsində İran tərəfi (“TPİCO”) 49%, “Azersun Holding” MMC 26%, "Azərbaycan İnvestisiya Şirkəti" ASC isə 25% paya malikdir.

"Hazırda inşaat işləri davam edir. Bu yaxınlarda İranın səhiyyə naziri Azərbaycana gələcək. Pirallahı dərman zavodu nazirin xüsusi diqqətindədir. Səfər zavodda aparılan işlərin daha da sürətləndirilməsinə töhfə olacaq", - o qeyd edib. 

Müəllif: