Ucnoqta.az
www.ucnoqta.az

Saatlıda iki nəfərin öldüyü dəhşətli qəzanın -<font color=red><b>Videosu</b></font>

13:32 - 3 Aprel 2018 tarixində dərc olunub.

“Hovo” markalı yük maşını və “Mercedes” toqquşur

Novruz bayramı ərəfəsində baş verən dəhşətli qəzanın video görüntüsü yayılıb. Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə martın 23-də saat 17 radələrində Saatlı rayonunun Qaralar kəndi ərazisində baş verib. 

Hacıqabul rayon sakini Mehman Rəsulovun idarə etdiyi “Hovo” və İmişli rayon sakini Əli Allahverdiyevin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə Ə.Allahverdiyev və sərnişinlərindən həmyerlisi Peyman İsgəndərov hadisə yerində ölüb, digər 2 sərnişini xəstəxanaya yerləşdirilib.

İddiaya görə, qəza zamanı qıçı sınan M.Rəsulovun sürücülük vəsiqəsi olmayıb.

Qəza anının videosunu təqdim edirik:

Müəllif: