Ucnoqta.az
www.ucnoqta.az

Heydər Əliyev Mərkəzi dünyanın ən füsunkar binalarından biridir

16:51 - 31 Mart 2018 tarixində dərc olunub.
Bakıda yerləşən Heydər Əliyev Mərkəzi “Digital Trends” nəşrinin versiyasına görə dünyanın ən füsunkar binaları sırasında yer alıb. Bu barədə yazılan məqalədə Azərbaycanın 1991-ci ildə müstəqillik əldə etdikdən sonra şəhər memarlığının inkişafına vəsait ayırmağa başladığı vurğulanıb: “Bu gün möhtəşəm Heydər Əliyev Mərkəzi şəhər planlaşdırması üzrə bu uzunmüddətli təşəbbüsün nümunəsidir”. Bundan başqa, siyahıya 17 bina, o cümlədən İtaliyadakı “Bosco Verticale” (Şaquli meşə), Çinin CCTV telekanalının baş ofisi, İspaniyada “Auditorio-de-Tenerife” opera binası daxil olub. Qeyd edək ki, Heydər Əliyev Mərkəzinin layihəsi 2007-ci ildə memar Zaha Hadid tərəfindən hazırlanıb.
Müəllif: