Ucnoqta.az
www.ucnoqta.az

Şvartseneqqer ürəyindən təcili əməliyyat olunub

00:18 - 31 Mart 2018 tarixində dərc olunub.
Arnold Şvartseneqqer ürəyindən təcili əməliyyat olunub. Ucnoqta.az Trend-ə istinadən xəbər verir ki, 70 yaşlı aktyor Los-Ancelesdə Sedars-Sinay tibbi mərkəzinə yerləşdirilib. Əməliyyatın bir neçə saat davam etdiyi, hazırda keçmiş qubernatorun vəziyyətinin stabil olduğu deyilir. Bu, aktyorun ilk əməliyyatı deyil. 1997-ci ildə onun aorta qapağı dəyişdirilib.
Müəllif: