Ucnoqta.az
www.ucnoqta.az

Rusiya cavab addımı atdı - 2 niderlandlı diplomat çıxarılır

16:32 - 30 Mart 2018 tarixində dərc olunub.

İki niderlandlı diplomat Rusiyada çıxarılır. Bu barədə Niderlandın Moskvadakı səfiri Rene Cons-Bos bildirib.

Səfir qeyd edib ki, bu gün Rusiya XİN-ə çağırılan zaman ona Rusiyada iki diplomatın ölkədən çıxarılacağı barədə məlumat verilib:

"Rusiya XİN-də bildirdilər ki, bu, Amsterdamın rusiyalı diplomatlara qarşı görülən tədbirinə cavab olaraq atılmış addımdır".

Səfir əlavə edib: "Mənim iki həmkarım Moskvanı tərk edir. Lakin bizim nümayəndəlik burada qalır".

Qeyd edək ki, rusiyalı diplomatlara qarşı "Skripalın işi" ilə əlaqədar addım atmış ölkələrin səfirləri bu gün nazirliyə çağırılıb.trend

Müəllif: