Milli Məclisin bu gün keçirilən xüsusi iclası "31 mart Azərbaycanlıların soyqırım günü"nə həsr edilib.
Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, iclası açan spiker Oqtay Əsədov bildirib ki, prezident İlham Əliyev soyqırımın 100 illik yubileyinin keçirilməsi üçün sərəncam imzalanıb: “Erməni şovinistlərin və onları dəstəkləyən qüvvələrin Azərbaycan xalqına qarşı düşmənçilik siyasətinin 200 ilə yaxın yaşı var. Çar Rusiyası Qafqazda öz dayaqlarını möhkəmləndirmək üçün İrandan və Osmanlı İmperiyasından məqsədli şəkildə bir milyona yaxın ermənini Azərbaycan ərazilərinə köçürüb.
Ümumiyyətlə, böyük dövlətlər öz məqsədləri üçün erməni amilindən istifadə edib ələ keçirmək istədiyi əraziləri işğal etmək üçün erməni şovinistləri ilə müxtəlif dövrlərdə Azərbaycanda və Şərqi Anadoluda soyqırımlar törədiblər. Mart soyqırımı isə bu cinayət əməli ən dəhşətlisi oldu, Bakıda 12 mindən çox günahsız insan vəhşicəsinə qətlə yetirildi”.
O qeyd edib ki, bu gün dövlət başçısı milli həmrəyliyin möhkəmləndirilməsi məqsədilə güclü hərtərərli siyasət aparır: “Azərbaycan bu gün inkişaf edir. Bütün bunlar Azərbaycan xalqına yeni soyqırım cəhdlərinin edilməməsinin nümunəsidir. Prezident də çıxışında dəfələrlə deyib ki, İrəvan və Zəngəzur bizim torpaqlardır. Bunu sübut etməyə ehtiyac yoxdur. İndiki Ermənistan bizim əzəli torpaqlarımız üzərində qurulub. Gec-tez haqq öz yerini tutacaq”.