Ucnoqta.az
www.ucnoqta.az

Xəzərdə zəlzələ olub

00:16 - 30 Mart 2018 tarixində dərc olunub.
Xəzər dənizində zəlzələ baş verib. Ucnoqta.az Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, ilkin məlumata əsasən mart ayının 29-da yerli vaxtla 17:55-də Xəzər dənizində zəlzələ qeydə alınıb. Zəlzələnin maqnitudası 3.2, dərinliyi 50 km olub. Zəlzələ hiss olunmayıb.
Müəllif: