ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) direktoru İngibyorq Solrun Gisladottir gələn ay Azərbaycana səfər etməyi planlaşdırır.
Ucnoqta.az xəbər verir ki, DTİHB-nin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Gisladottir aprelin 11-də ölkədə keçiriləcək Prezident seçkilərini müşahidə etməyi planlaşdırır.
Xatırladaq ki, İngibyorq Solrun Gisladottir (İslandiya) ATƏT DTİHB-in direktor vəzifəsinə 2017-ci ilin iyulun 19-da təyin edilib və bu vəzifədə Mixael Qeorq Linki (Almaniya) əvəzləyib.