Ucnoqta.az
www.ucnoqta.az

Bakı bulvarında Rusiyadakı yanğında ölənlər anılıb

19:04 - 28 Mart 2018 tarixində dərc olunub.
Bakıda, Bulvar ərazisində Rusiyanın Kemerovo şəhərindəki ticarət-əyləncə mərkəzində baş vermiş yanğında ölənlərin xatirəsi anılıb.   Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, aksiyaya çox sayda insan qoşulub. Havaya şarlar uçurulub, şam yandırılıb.   Qeyd edək ki, martın 25-də baş vermiş yanğın nəticəsində 41-i uşaq olmaqla, 64 nəfər ölüb. Ölənlərin sayının 78-ə çatacağı ehtimal olunur. 
Müəllif: