"Ötən il Bakının bir sıra qəsəbələrində içməli su təchizatı ilə bağlı işlər görüldü. Bu il Bakıətrafı başqa qəsəbələrdə bu işləri davam etdirməklə bağlı hökumətə təklif vermişik".
Ucnoqta.az xəbər verir ki, bunu "Report"a "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.
"Kürdaxanı qəsəbəsində işlərimiz tam yekunlaşıb. Badamdarda layihənin birinci mərhələsini yekunlaşdırdıq. Demək olar ki, bütün qəsəbələrdə iş görmüşük, amma tam başa çatmayıb. Elə qəsəbələr var ki, orda 20% iş görülüb, elə qəsəbələr də var ki, 80% tamamlanıb. Bakıətrafı kənd qəsəbələrdə, Abşeron yarmadasında 8 100 km yeni su xətti çəkməliyik, təxminən 2 min kmdən çox çəkmişik. Dübəndi, Türkan, Zirə, Qala, Saray və bağ massivlərində bu işlərə ehtiyac var", - deyə o, qeyd edib.
A.Cəbrayıllı əhaliyə verilən içməli suyun tərkibi ilə bağlıda danışıb: "Suyun tərkibinə tam zəmanət verilir. Baktoroloji və kimyəvi çirklənmə yoxdur, su standrtlara cavab verir. Səhiyyə Nazirliyi onun keyfiyyət göstəricilərinə nəzarət edir".