80 saylı İmişli-Beyləqan seçki dairəsindən Milli Məclisə deputat seçilmiş Çingiz Qənizadə bayram günlərindən başlayaraq dairənin ərazisində yerləşən kəndlərdə seçiciləri ilə görüşlərə başlayıb.
Ümumilikdə 40-dan çox kəndi özündə birləşdirən 80 saylı İmişli-Beyləqan seçki dairəsi üzrə bütün kəndlərdə 10.04.2018-ci il tarixədək görüşlər keçirməyi planlaşdıran millət vəkili, seçicilərlə dünyada baş verən proseslər, ölkəmizin daxili və xarici siyasəti, ölkədəki ictimai-siyasi sabitlik və onun bizə bəxş etdiyi müsbət nəticələr barədə danışıb, həmçinin onları maraqlandıran sualları cavablandırıb.
11 aprel tarixində keçiriləcək Prezident seçkiləri ilə bağlı söhbətlər aparan millət vəkili, sonda hamını seçkilərdə aktiv iştirak etməyə çağırıb.
Çingiz Qənizadənin seçiciləri ilə görüşləri davam edir.