Ucnoqta.az
www.ucnoqta.az

MSK sədri: Prezident seçkilərində bu günə qədər 545 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib

13:08 - 28 Mart 2018 tarixində dərc olunub.

Müşahidəçilərin qeydiyyatdan keçməsi prosesi davam edir

Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkilərində 545 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib. Ucnoqta.az Trend-ə istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.

O qeyd edib ki, bu hələ son rəqəm deyil, müşahidəçilərin qeydiyyatdan keçməsi prosesi davam edir və yəqin ki, say artacaq.

Yerli müşahidəçilərə gəlincə, MSK sədri bildirib ki, son məlumata görə 53 mindən artıq müşahidəçi qeydiyatdan keçib: “Yerli müşahidəçilərin də sayı artmaqdadır və müraciətlərə baxılır”.

Müəllif: